Xüsusi tənzimləmə rejiminin reyestri

Azərbaycan Respublikası Mərkəzi Bankının nəzarəti altında sınaq müddəti başa çatmış layihələr.

“Pasha Pay” MMC

Kripto birja cüzdanına köçürmələr

Sınaq müddəti: 15.11.2024 - 03.04.2026

“PashaPay” MMC tərəfindən təqdim edilmiş bu layihədə “m10” tətbiqinin “Binance” kriptovalyuta platforması ilə inteqrasiyası nəzərdə tutulur. Bu innovativ məhsul istifadəçilərə kriptovalyuta əməliyyatlarını təhlükəsiz və şəffaf şəkildə icra etmək üçün “Binance” platformasında müştərinin manat cüzdanına mədaxil edilməsini asanlıqla həyata keçirmək imkanı yaradır.

Website Icon https://m10.az/ Email Icon info@m10.az Phone Icon +994 12 404 41 05

“Svort” MMC

Bitmanat

Sınaq müddəti: 01.02.2025 - 31.07.2025

“Svort” rəqəmsal aktivlərin alınması və satılması, müxtəlif növ tokenlərin dəyişdirilməsi, kriptovalyuta cüzdanlarının açılması və təhlükəsiz saxlanmasını təmin edir. Şirkət, həmçinin “Whitebird” platformasının imkanlarını istifadə edərək spot və marja ticarəti kimi əməliyyatları həyata keçirir və müasir texnoloji həllərdən istifadə edir.

Website Icon https://bitmanat.az/ Email Icon geray@svort.io Phone Icon +994 55 207 48 51

"Mobile Payment Solutions" MMC

PortCoin kriptovalyutası

Sınaq müddəti: 15.11.2024 - 15.05.2025

“Mobile Payment Solution” MMC tərəfindən təqdim edilmiş PortCoin kriptovalyutası istifadəçilərə digər birja və hesablarda olan kripto aktivlərini qısa müddətdə Portmanat hesablarına köçürməyə və onları AZN-ə çevirməyə imkan verir. Bu tokenin yaradılmasının əsas məqsədi ölkəmizdə kriptovalyutaların təhlükəsiz mühitdə istifadəsini artıraraq Azərbaycanın rəqəmsal maliyyə bazarında innovasiyaların tətbiqinə töhfə verməkdir.

Website Icon https://portmanat.az/ Email Icon telman.akhundov@akhundoffgroup.az Phone Icon +994 12 437 30 73