Xüsusi tənzimləmə rejimi

Mərkəzi Bank tərəfindən yaradılan xüsusi tənzimləmə rejimi maliyyə institutları və FinTech təşkilatlarının innovativ maliyyə xidmətlərinin müəyyən edilmiş müddət və nəzarəti altında real müştərilərlə sınaqdan keçirilməsinə, xidmətin bazarda tətbiqi müddətinin daha da sürətləndirilməsinə, onun rəqabətə davamlılığının artırılmasına və bir sıra maneələrin aradan qaldırılmasına imkan yaradır.

Müraciətlərin sayı

Maliyyə sektorunda innovativ texnoloji həlləri sınaqdan keçirmək istəyən təşkilatlar

0

İştirakçıların sayı

Xüsusi tənzimləmə rejimində innovativ məhsul və xidmətləri sınaqdan keçirən təşkilatlar

4

Sınağın keçirilməsi mərhələləri

icon

1. Müraciətin
qəbulu

icon

2. Müraciətin
qiymətləndirilməsi
20 iş günü

icon

3. Sınağın
keçirilməsi
12 ay

icon

4. İnnovativ məhsulun tətbiqi haqqında qərarın verilməsi

Xüsusi tənzimləmə rejiminə müraciətlərin qəbulu Mərkəzi Bank tərəfindən təyin edilmiş zaman aralığında keçiriləcək

Xüsusi tənzimləmə rejimi kimlər üçün nəzərdə tutulub?

icon

FinTech
təşkilatları

icon

Ödəniş
təşkilatları

icon

Maliyyə bazarlarının
iştirakçıları

icon

Digər texnoloji şirkətlər

Kim?

FinTech təşkilatları və
maliyyə institutları

Necə?

Sınaq zamanı requlyativ tələblərin
asanlaşdırılması

Nə zaman?

Mərkəzi Bank tərəfindən elan edilən
müraciətlərin qəbulu dövründə

İnnovativ məhsulun uyğunluq meyarları

Müraciət edən şəxsin ərizəsində Mərkəzi Bank tərəfindən istifadə ediləcək əsas qiymətləndirmə meyarları aşağıda təqdim olunur:

  • İnnovativ məhsul yerli bazar üçün yeni olmalıdır və bazarda maliyyə inklüzivliyini artırmalıdır
  • İnnovativ məhsul daha əlçatan, təhlükəsiz və əlverişli olmalıdır
  • Real rejimdə sınaqdan keçirilmək üçün hazır olmalıdır
  • İnnovativ məhsulun tətbiqini məhdudlaşdıran hər hansı amil olmalıdır
  • Azərbaycanda tətbiqi nəzərdə tutulmalıdır
  • Maliyyə bazarlarında potensial sistem riskləri yaratmamalıdır
  • Yetərli maliyyə, insan və infrastruktur resurslarına malik olmalıdır

Sənədlər

FAQ

Xüsusi tənzimləmə rejimi maliyyə institutları və FinTech şirkətləri tərəfindən innovativ maliyyə xidmətlərinin müəyyən edilmiş müddət və nəzarət altında real müştərilərlə sınaqdan keçirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən yaradılan mühitdir.

Xüsusi tənzimləmə rejimində maliyyə institutları, maliyyə institutları ilə əməkdaşlıq edən FinTech-lər, FinTech fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər və beynəlxalq FinTech şirkətləri ilə əməkdaşlıq edən FinTech-lər müraciət edə bilərlər.

Müraciət edən şəxslər müracitətlərini birbaşa internet səhifə vasitəsilə və ya yazılı şəkildə təqdim etmək imkanına malikdirlər.

Ərizəçi xüsusi tənzimləmə rejiminin veb səhifəsinə (sandbox.cbar.az) daxil olaraq müraciəti onlayn şəkildə dolduraraq təqdim edə bilər.

Yazılı şəkildə müraciət üçün ərizəçi ”Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası”nın 4-cü bəndində qeyd edilən sənədləri və məlumatları rəsmi məktub formasında Mərkəzi Banka təqdim edə bilər.

Xüsusi tənzimləmə rejimində iştirakla bağlı hər hansı rüsumun ödənilməsi nəzərdə tutulmayıb.

“Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydasının” 3.2.1 maddəsinə əsasən iştirakçının fəaliyyəti lisenziya və ya icazə tələblərindən azaddır.

Sınağın nəticəsi uğurlu olduğu təqdirdə ərizəçinin innovativ məhsulu Azərbaycan Respublikasında tətbiq etmək niyyəti olmalıdır. Növbəti mərhələlərdə innovativ məhsulun Azərbaycan Respublikasından kənarda fəaliyyəti nəzərdən keçirilə bilər.

Mərkəzi Bank baxılmaq üçün təqdim olunmuş sənədlərdə ərizəçi tərəfindən aradan qaldırılması zəruri olan səhvlər və çatışmazlıqlar aşkar etdikdə, bu barədə ərizə və ona əlavə olunan sənədlər daxil olduğu tarixdən 10 (on) iş günü müddətində müraciət edənə yazılı bildiriş təqdim edir. Ərizəçi bu səhvləri və çatışmazlıqları yazılı bildiriş alındığı tarixdən etibarən ən geci 20 (iyirmi) iş günü ərzində aradan qaldırmalı və Mərkəzi Banka təqdim etməlidir.

Müraciətlə bağlı imtina cavabı almış ərizəçi ən tezi 2 (iki) ay sonra aşkar edilmiş səhvləri və çatışmazlıqları aradan qaldıraraq təkrar ərizə ilə Mərkəzi Banka müraciət edə bilər. Bu halda müraciətə Qaydaların 5-ci hissəsinə uyğun olaraq yeni müraciət kimi baxılır.

Ünvan

Azərbaycan Respublikası, Bakı şəh.,
R.Behbudov küç. 90